Alçanı duzlamadan yeyin…backend

Alçanı duzlamadan yeyin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərq təbabətində onu tonuslaşdırıcı və vitamin vasitəsi kimi qəbul edirdilər, xüsusilə sinqa xəstəliyində. Məhəmməd Mömin 1669-cu ildə alça haqqında belə yazırdı: “ Yetişmiş alça susuzluğu yatırdır, ödqovucu və işlətmə vasitəsi təsirinə malikdir. Alça siropu büzüşdürür, qanlı ishalda xeyirlidir. Yetişmiş alçanın şirəsini güclü öskürək və vərəm xəstəliyi zamanı qəbul etmək lazımdır. Alça yarpaqlarının şirəsi qurdları öldürür, spazmanı götürür qusmanı sakitləşdirir bağırsaqda əmələ gələn yelin yığılmasının qarşısını alır. Alça yaxşı həzm olunur, əgər onu qızıl gül ləçəklərindən hazırlanan mürəbbə ilə yesən.
Becərilən yerli sortlar içərisində ən geniş yayılanlar: yaz mələsi, xanbeyi, şabranı, ağalça, talibi və başqalarıdır. Meyvəsinin tərkibində 5-7% şəkər, 4-7% lumu duzu, 6-7% qədər C vitamini və 15% pеktin maddələri var.

Alça lavaşı çox dadlı və faydalıdır…

Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Meyvəsi qidada tər və quru şəkildə istifadə olunur. Həmçinin mürəbbə, povilla istehsalında və konsеrvləşdirilmədə istifadə edilir. Bundan əlavə, Azərbaycanda alça “lavaşı” hazırlamaq geniş yayılıb. Bunun üçün alçanın əti məcməyilərə yayılaraq günəşdə qurudulur. Alça lavaşı qida ilə yeyilir. O, həmçinin tonuslaşdırıcı və müalicəvi vasitədir və xüsusilə sinqaya qarşı təsirə malikdir.
Xalq təbabətində alça lavaşı sinqaya qarşı tətbiq olunur. Boğaz ağrısında alça ekstraktından istifadə edilir. Alçanın qabıq hissəsindən alınan qətran öskürəyi zəiflətmək məqsədi ilə işlədilir.
Mütəxəssislər alçanın qaraciyər, ürək, böyrək və revmatizm xəstəlikləri ilə həzm sistemi narahatlıqlarına yaxşı təsir etdiyini və mövsümündə bol-bol istehlak edilməsi lazım olan bir meyvə olduğunu bildirir.

Alçanın faydaları…

Alça ayrıca kalium və maqnezium mineralı baxımından da zəngin bir meyvədir. Alçanın qaraciyər, ürək, böyrək və revmatizm xəstəlikləri ilə həzm narahatlığı çəkən və duzsuz diyet tətbiq edən şəxslər tərəfindən istehlak edilməsi xeyirlidir. Ayrıca alçanın aybaşı gətirici, sidik sökdürücü və tərlədici xüsusiyyətləri də var. Kal alça müxtəlif mineralların yanında C, A və E vitaminləri ilə beta-karotin də var.

Alçaya şəkər qatılanda kalori dəyəri artır…

Alçanın kompot, cem, marmelad şəklində istehlak edildiyində əlavə edilən şəkərdən ötəri kalori dəyərinin artdığını, bu səbəblə vitamin və minerallardan daha sağlam bir şəkildə faydalana bilmək üçün təzə olaraq istehlak edilməlidir. Alçanın qida dəyərinin təzəsinə görə daha yüksək olduğu bilinməkdə və bişirilmədən istehlak edilməsi tövsiyə edilməkdədir.

Alçanı duzlamadan yeyin…

Yazda çıxan yaşıl alçanı duzlayaraq yeyirlər. Bu bir damaq zövqüdür, amma alça duzlanılaraq yeyilməməlidir. Çünki çox duz istehlakı zərərlidir. Alçanın duzlanılaraq yeyilməsi bədənə gərəksiz yerə duz alınmasını təmin edir. Gərəksiz duz istifadəsi, xüsusilə riskli qruplarda böyrək və təzyiq narahatlıqlarına səbəb ola bilər. Ayrıca alçanın duzlanılaraq yeyilməsi bizi hər şeydə duzlu yeməyə alışdıra bilər. Bunun üçün alçanı duzlayaraq yeməkdən qaçmalıyıq.

Alçanı duzlamadan yeyin…

İnterpress.az