Bakıda tutulan erməninin məhkəməsi keçirildibackend

Bakıda tutulan erməninin məhkəməsi keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Marat Ueldanovun cinayət işi üzrə keçirilən növbəti prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktının elan edib. Təqdirləndirilən Ueldanov özünü təqsirli bilməyib. Daha sonra o, məhkəmədə sərbəst ifadə verib. Məhkəmədə 5 şahid dindirilib.

Növbəti məhkəmə prosesi aprelin 28-da keçiriləcək.

Qeyd edək ki, keçən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

\”Onun əsl soyadı Qalustyan olub. Bakıda erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”- deyə Bacısı bildirib.

İnterpress.az