Generalın işçisi dindirildi: “Akif Çovdarovun qəbuluna apardıq”backend

Generalın işçisi dindirildi: “Akif Çovdarovun qəbuluna apardıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Natiq Hümbətov sualları cavablandırıb. Daha sonra zərərçəkmiş Qədim Ədilovun epizodu üzrə keçmiş MTN əməkdaşı Rövşən Əzimov şahid qismində ifadə verib. O, bildirib ki, Qədim Ədilovu MTN-ə dəvət ediblər və general Akif Çovdarovun qəbuluna aparıblar. Şahid deyib ki, Qədim Ədilovla orada qısa söhbət aparılıb və sərbəst buraxılıb. Şahidin sözlərinə görə, ona heç bir təzyiq edilməyib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb. (musavat)

İnterpress.az