Sona Qəribyan Ermənistanın müdafiə nazirinin baş məsləhətçisi oldubackend

Sona Qəribyan Ermənistanın müdafiə nazirinin baş məsləhətçisi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, müdafiə naziri Viqen Sarkisyanın əmri ilə Sona Rudolfovna Qəribyan Ermənistan müdafiə nazirinin baş məsləhətçisi təyin edilib.

Məlumatda deyilir ki, Sona Qəribyan 1969-cu ildə İrəvanda anadan olub. O, İrəvan Politexnik İnstitutunun mühəndis-elektromexanik fakültəsini bitirib. Bundan əvvəl o, bank asossiasiyasında mühasib (1995-98), Ermənistan Mərkəzi Bankında maliyyə nəzarəti şöbəsinin rəisi (1998-2008), Ermənistan Maliyyə Nazirliyində maliyyə nəzarəti rəisi (2008-2014) işləyib. Ərdədir, 2 qızı var.

Ermənistan ordusunda keçmiş nazir Seyran Ohanyanın rəhbərlik etdiyi dövrlə bağlı yeyinti hallarının kütləvi xarakter alması barədə davamlı məlumatların yayılması, hətta həbslərin həyata keçirilməsinin ardınca maliyyəçi qadının müdafiə nazirinə baş məsləhətçi təyin olunması maraqlı məsələdir. (musavat)

İnterpress.az