“Prosineçki heç yerə getmir” – AFFA rəsmisibackend

“Prosineçki heç yerə getmir” – AFFA rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.az-a açıqlamasında xatırladıb ki, Prosineçkinin DÇ-2018-in seçmə mərhələsinin sonuna qədər AFFA ilə müqaviləsi var. AFFA rəsmisi xorvatiyalı mütəxəssisin bu müddətə qədər heç yerə getməyəcəyini deyib.

Qeyd edək ki, Türkiyənin \”Fanatik\” qəzeti Prosineçkinin \”Bursaspor\”la razılığa gəldiyini və gələn mövsümdən bu komandanı çalışdıracağını yazıb.

Xatırladaq ki, bu ilin yanvar ayında “Bursaspor” Prosineçkini baş məşqçi vəzifəsinə gətirmək istəsə də, o, müqaviləsinin sonuna qədər millimizi tərk etməyəcəyini bildirmişdi.

İnterpress.az