Gəncin oğurluq cəhdi anbaan kameraya düşdü – VİDEObackend

Gəncin oğurluq cəhdi anbaan kameraya düşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV xəbər verir ki, idarəyə mühafizə olunan supermarketə kənar şəxsin girməsi ilə əlaqədar həyəcan siqnalı daxil olub.

Cavan adam dükana yaxınlaşır, avtomatik bağlanan qapının mexanizmini sıradan çıxararaq içəri girir. Kassalara yaxınlaşanda dükanın digər hissəsindən ona tərəf gələn adamı görür. Dərhal əlini cibinə salaraq guya siqaret almaq istədiyini bildirir. Marketin əməkdaşı işləmədiklərini bildirərək cavan oğlandan çölə çıxmasını xahiş edir. Dükandan çıxan gənc onu yolun kənarından gözləyən dostunun yanına gedir. Dostu ona taksiyə əyləşib evinə getməyi təklif edəndə aralarında dava düşür. Polis əməkdaşları gənci saxlayıblar.

Müqavimət göstərməsinə rəğmən, aidiyyəti üzrə 7- ci polis bölməsinə təhvil verilib. Bölmədə həmin şəxsin Ucar rayon sakini 24 yaşlı Ülfət Abdullayev olduğu müəyyənləşdirilib.

İnterpress.az

https://youtube.com/watch?v=-VPOXl0azg4