ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcəkbackend

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, \”CNBC\” xəbər verir ki, bununla bağlı Pentaqon rəhbəri Ceyms Mettisin, dövlət katibi Reks Tillersonun və Milli Kəşfiyyatın direktoru Den Koutsun birgə bəyanatlarında bildirilir.
Sənəddə qeyd olunur ki, ABŞ prezidentinin Şimali Koreyaya təzyiqlərin gücləndirməsi Pxenyanın nüvə və raket proqramlarından imtina etməsi məqsədi daşıyır. Ağ Ev rəhbəri Vaşinqtonun müttəfiqləri və regional tərəfdaşları ilə birlikdə diplomatik tədbirlərdən istifadə etməklə, həmçinin iqtisadi sanksiyaları artırmaqla Pxenyanı raket və nüvə proqramlarından daşındırmaq niyyətindədir.
Vaşinqton bu mənada KXDR-i dialoqa qaytarmağa çalışır.
Qeyd edək ki, bundan əvvəl Pxenyan ABŞ-ın siyasətinə qarşı qabaqlayıcı hücumu istisna etməyib.

İnterpress.az