YPX maşını qəza törətdi – Ölənlər varbackend

YPX maşını qəza törətdi – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yol Patrul Xidməti (YPX) maşını ilə \”Mercedes\” markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.

Yaralılar:
Bakı şəhər sakinləri – 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;

1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;

1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;

Salyan rayon sakinləri – 1988-ci il təvəllüdlü Elnur Zakir oğlu Əliyev;

1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur.

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 2-i Reanimasiya, 3-ü isə Travmotologiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı ölən iki nəfərin adları hələlik məlum deyil. ( report.az )

İnterpress.az