Keçmiş ABŞ prezidenti Kennedinin gündəliyi 718 min dollara satıldıbackend

Keçmiş ABŞ prezidenti Kennedinin gündəliyi 718 min dollara satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, hərracı təşkil RR Auction\’ın internet saytın açıqlamasına görə, 1945-ci ildə \”Hearst\” qəzeti üçün çalışan 28 yaşındakı John F. Kennedy, vəzifəsi əsnasında 61 səhifəlik bir gündəlik tutub.

12 səhifəsi əl yazısıyla qələmə alınan gündəliyin 49 səhifəsi yazı maşınkasında yazılıb.

Gündəlikdə yazılara görə, ilin may ayında Birləşmiş Millətlər Təşkilatının San Franciscodakı açılışını izləyən Kennedy, iyun ayında keçirilən Avropada İngiltərə Baş naziri Uinston Çörçilin seçki kampaniyasını təqib etdiyi və sonradan İrlandiya, Fransada səyahət etdiyi bildirilir.

Hitler ilə əlaqədar yazdığı cümlə diqqət çəkib!

Zamanın Donanma naziri ilə avqust ayında Almaniyaya gedişində Hitlerin evini və sığınacağını ziyarət edən Kennedinin burada dəftərinə Hitler ilə əlaqədar yazdığı cümlələr diqqəti çəkib.
Kennedy gündəliyində, Hitler üçün \”Bu yerləri ziyarət edincə, Hitlerin ətrafındakı nifrətdən sıyrılaraq bir neçə il içində necə yaşamış ən əhəmiyyətli şəxsiyyətlərdən biri olaraq çıxdığını anlaya bilərsiniz … Hitlerin ölkəsinə olan sərhədsiz ehtirası, onu dünya sülhü üçün təhdid halına gətirdi, ancaq həyat yaşamı və necə öldüyü bir sirr, özündən sonra da yaşayacaq və böyüyəcək bir sirr olaraq qalacaq. Hitler kütlədən, əfsanələri meydana gətirən şeyləri gizlədirdi\”.

İnterpress.az