Aleksey Navalnıya hücum oldu – Üzünü boyadılarbackend

Aleksey Navalnıya hücum oldu – Üzünü boyadılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksey Navalnı özünün təsis etdiyi “Korrupsiyaya qarşı mübarizə fondu”nun yerləşdiyi binadan çıxarkən naməlum şəxs onun üzünə yaşıl maddə atıb.

Bu barədə Rusiyalı müxalifətçinin mətbuat katibi Kira Yarmış məlumat verib.

Onun sözlərinə görə, Aleksey Navalnı gözündən ağır zədə alıb və onun üçün təcili yardım çağırılıb.

Qeyd olunur ki, Aleksey Navalnının və digər rus müxalifətçilərinin məruz qaldığı ilk belə hücum deyil. Bu ilin martın 20-də Aleksey Navalnı Barnaulda seçki qərargahının ofisini açdığı zaman eyni hadisə ilə üzləşmişdi.

Bundan başqa Rusiyanın digər müxalifətçisi, blogger İlya Varlamovun da sifəti Stavropolda “yaşıllanmışdı”.

2016-cı ilin aprelində isə Putin rejiminə qarşı gələn yazıçı Lyudmila Ulitskayanın üzünə yaşıl maddə çırpmışdılar.

Xatırladaq ki, Aleskey Navalnı vaxtaşırı Putin rejiminin korrupsioner mahiyyətini ifşa edən materiallarla çıxış edir. Onu Rusiyanın baş naziri Dmitri Medvedevin dəbdəbəli həyatı, müxtəlif ölkələrdəki villaları və ağlasığmaz sərvəti ilə bağlı hazırladığı son sənədli film Rusiyada böyük hay-küyə səbəb olmuşdu. Navalnının tərəfdarları hətta Rusiya Federasiyasının 80-dən çox şəhərində effektli etiraz aksiyalarını keçirməyə müvəffəq olmuşdular.

Bu səbəbdən hazırda məhz Aleksey Navalnı 2018-ci ildə keçiriləcək prezident seçkilərində Vladimir Putinin ən böyük rəqibi hesab edilir.
Rusiyalı müxalifətçi müxtəlif bəhanələrlə seçkiyə buraxılmır.

Rusiyanı yaxşı tanıyan bəzi siyasi ekspertlər başqa siyasi xadimlərin başına gətirilən hadisələrlə müqayisədə Navalnıya qarşı edilən bu hərəkətin əslində kiçik xəbərdarlıq olduğunu qeyd edirlər. ( musavat.com )

İnterpress.az