Qaragiləli Çələng Keksibackend

Qaragiləli Çələng Keksi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərzaqlar:

2½ stəkan un
1½ çay qaşığı qabartma tozu
¼ çay qaşığı çay sodası
¼ çay qaşığı duz(otaq temperaturunda
1½ stəkan şəkər tozu
4 yumurta
1 stəkan (225 qram) kərə yağı
1 çay qaşığı limon qabığı rəndəsi
1 çay qaşığı vanil ekstraktı
1 stəkan xama (az yağlı olsa da olar)
2 stəkan təzə, yaxud dondurulmuş qaragilə

Hazırlanması:

Sobanı əvvəlcədən 175º C-yə qədər qızdırın.
12 stəkanlıq dairəvi (çələng) keks formasını kərə yağı ilə yüngülcə yağlayın.
İri dərin bir qabda un, qabartma tozu, çay sodası və duzu qarışdırıb kənara qoyun.
Başqa bir iri dərin qabda elektrik mikseri ilə yağ və şəkəri 3 dəqiqə, yüngül və havalı hala gələnə qədər çalın.
Növbə ilə yumurtaları əlavə edərək hər birindən sonra yaxşıca çalın.
Limon qabığı rəndəsi və vanil ekstraktını əlavə edib qarışması üçün bir az da çalın.
Xamanı əlavə edib yaxşı qarışana qədər, bir neçə saniya çalın.
Un qarışığını iki dəfəyə əlavə edərək hər dəfə də yaxşı qarışana qədər təxminən bir dəqiqə çalın.
Qaragilənin 1/4 hissəsini ayırıb qalanını spatulanın (ya da qaşıq) köməyilə ehtiyatla xəmirə qatın. Çox ehtiyatlı olmalısını ki, giləmeyvələr əzilməsin.
Xəmiri qaşıq yardımı ilə ehtiyatla formaya boşaldıb üzərini qaşıqla hamarlayın.
Qalan qaragilələri isə xəmirin üzərinə səpib yüngülcə içəriyə doğru basın. Keks sobada bişdiyi müddətdə həmin bu qaragilə dənələri yavaş-yavaş piroqun ortalarına doğru enəcək.
45-50 dəqiqə ərzində bişirin. Bir diş çöpünün (ya da kibrit) köməyilə keksin hazır olub-olmadığını yoxlaya bilərsiniz. Keksə batırılmış diş çöpü təmiz çıxırsa deməli piroqumuz hazırdır.
Keks qabını sobadan çıxarıb soyutma dəmirinin üzərinə qoyub 20 dəqiqə ərzində soyudun.
Bıçaqla keksin kənarlarını ehtiyatla qabdan ayırın. Keksi süfrəyə verəcəyiniz qabın üzərinə alt-üst çevirin. Süfrəyə verməzdən əvvəl tamamilə soyudun.

Qaragiləli Çələng Keksi

İnterpress.az