ABŞ: “Türkiyə əsgərlərimizin həyatını riskə atdı”backend

ABŞ: “Türkiyə əsgərlərimizin həyatını riskə atdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Toner, paytaxt Vaşinqtonda özünün son dəfə təşkil etdiyi mətbuat konfransında, Türkiyənin söz mövzusu bölgələrə təşkil etdiyi hava hücumlarına bağlı sualları cavabladı.
\”Türkiyənin hava hücumları etməməsi lazım olduğunu söylədiniz, etməməli dediniz. Hava hücumları dayanmış kimi görünür, amma bu dəfə qurudan hücum təşkil edirlər. Şimali Suriyanın müəyyən yerlərində dünən də, bu səhər da belə oldu. Kürdlər uçuşa bağlı hava sahəsi olmasını istəyirlər. YPG lideri Saleh Müslim, \’ABŞ səssiz qalıb bir şey etməməyi davam etdirsə, Rakka əməliyyatına iştirakı durdururuz\’ dedi.
Türk hökumətinin təşəbbüsü ilə əlaqədar narahat olduğumuzu ən üst səviyyədə dəqiq bir şəkildə ortaya qoyduq. Onlar, hərəkətlərini koalisyonla koordinasiya etməmənin yanında, bölgədə olan Amerikalı əsgərlərin həyatını da riskə atdı. Türkiyənin YPG ilə əlaqədar narahatlıqlarını anlayırıq, amma biz YPG mövzusunda eyni fikirdə deyilik. Türkiyəyə çox açıq bir şəkildə bizlə və o biri koalisiya üzvləri ilə koordinasiya etmələri lazım olduğunu çatdırdım.\”

Toner, Türk səlahiyyətlilərlə hansı səviyyədə danışıldığı, bunun elçiliklər mi, xarici işlər nazirlikləri səviyyəsində mi olduğu sualına, \”Daha yüksək səviyyələrdə\” qarşılığını verdi və bu mövzuda detallara girmeyeceğini söylədi.

İnterpress.az