Rəqəmsal arxivdən çox gizli məlumatlar çıxdıbackend

Rəqəmsal arxivdən çox gizli məlumatlar çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Feto başçısı Fetullah Gülənin təlimatıyla vəzifələndirilən \’təhlükəsizlik imamı\’, bir müddət əvvəl nəzarətə alındı. Nəzarətə alındığı sırada üstündə olan digital arxivi məhv etməyə çalışan \”imam\” özünü ələ verincə üst səviyyə FETÖ\’cü olduğu ortaya çıxdı. Kartın içindəki məlumatlar üzərində iş görüldü. Qaçaqçılıq və Mütəşəkkil cinayətlər Mübarizə (Kom) İdarəsi tərəfindən qurulan xüsusi dəstə lazımlı istintaq tədbirləri alındıqdan sonra əməliyyata keçdi. Rəqəmsal arxivdən çıxan təhlükəsizlik personalına bağlı sıyahıda çoxu müəllimlərdən ibarət FETÖ\’nün təxminən 5 min təhlükəsizlik imamın da mövcud olduğu təsbit edildi. 5 min imamın başında duran imamın adı isə hələlik gizli tutulur. İkinci kateqoriya, feto ilə heç bir bağı olmayan təxminən 180 min polislə əlaqədar detallı məlumatlar var.
1. sinif təhlükəsizlik direktoruna ən alt rütbəli polisə qədər edilən sıralamada, polislərin adlarının qarşısında yoldaşları, uşaqları və xüsusi həyatlarına dair məlumatlara yer verilir. Üçüncü kateqoriya isə FETÖ\’den ayrılan polislərin adları, təşkilatdan hansı səbəbə ayrıldıqları və təkrar təşkilata hansı şəkildə üzv olduqları kimi qeydlər olduğu təyin olundu. Bu səxslərin adlarının qarşısında isə \”Ayrıldı\”, \”Üzv ola bilər\”, \”Həlak oldu\” və \”Xəyanət etdi\” kimi qiymətləndirmələr mövcuddur.

İnterpress.az