“AŞPA peşman olacaq”backend

“AŞPA peşman olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbr verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarını şərh edən nazir qurumun büdcəsinə ən çox ödəniş edən ölkələrdən birinin Türkiyə olduğunu bildirib:

\”Bu ödənişin həcmini azaldacağıq, minimum ödəmə edəcəyik. Nümayəndə heyəti göndərib-göndərməməyi də dəyərləndiririk. Ata biləcəyimiz başqa addımlar da var. Bilsinlər ki, buna peşman olacaklar\”.

Qeyd edək ki, aprelin 25-də AŞPA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

İnterpress.az