Dağlıq Qarabağda çıxış edən musiqiçilər “qara siyahı”ya salınacaqbackend

Dağlıq Qarabağda çıxış edən musiqiçilər “qara siyahı”ya salınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Dağlıq Qarabağdakı separatçı rejimin dəvəti ilə “Sülh naminə incəsənət” layihəsi çərçivəsində italiyalı pianoçu və dirijor Luka Ferini, sloveniyalı klarnet ifaçısı Yoje Kotar və skripkaçı Çrtomir Şişkoviçin Şuşadakı rəssamlıq muzeyində konsert proqramı ilə çıxış etməsinə münasibət bildirən H. Hacıyevin sözlərinə görə, aparılan araşdırma nəticəsində həmin şəxslərin adları \”arzuolunmaz şəxslər\” siyahısına salınacaq:

“Musiqi və incəsənət sülhə xidmət etməli olduğu halda, müəyyən maddi maraqlar naminə sözügedən əcnəbi musiqiçilərin Ermənistanın təbliğat maşınının alətinə çevrilmələri, işğal olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı törədilən vandalizm siyasətinin ört-basdır edilməsinə xidmət etmələrini kəskin şəkildə qınayırıq. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır. Bu kimi qanunsuz fəaliyyət hüquqi məsuliyyət ehtiva edir”.

İnterpress.az