Azərbaycanın Rusiyadakı səfirliyi bəyanat yaydıbackend

Azərbaycanın Rusiyadakı səfirliyi bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin Moskva görüşünün yekunu olaraq yaydığı bəyanatda bildirilib.

Bəyanatda vurğulanıb ki, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və onun ermənistanlı həmkarı Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün göstərdiyi səylərə görə Rusiyanın xarici işlər naziri Sergey Lavrova minnətdarlıqlarını bildiriblər.

\”Görüşdə tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin zəruri olduğunu vurğulayıblar. Üçtərəfli danışıqların yekunları əsasında XİN başçılarının ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi ilə görüşü keçirilib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıb\”, – səfirlikdən bildirilib. ( report.az )

İnterpress.az