Prezidentlik dövrünün 90 günü:”Xarici siyasətdə Obamanı məğlub etdim”backend

Prezidentlik dövrünün 90 günü:”Xarici siyasətdə Obamanı məğlub etdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ-nin prezidenti Donald Tramp əminliklə bildirib ki, hakimiyyətdə olduğu 3 ay müddətində, o Obamanın xarici siyasətini məğlub edib.

Bu barədə Donald Tramp bazar ertəsi öz Twitter səhifəsində yazıb.
\”Mənim ilk 90 gün ərzində prezidentliyimin tam olaraq uğursuzluğundan məruzə edilib – lakin bu proses son səkkiz il ərzində baş verib. Əminliklə söyləyirəm ki, hakimiyyətdə olduğum 3 ay müddətində, mən Obamanın xarici siyasətini məğlub etdim.\”

Eyni zamanda, Tramp onun fikirləri ilə razılaşmayan media işçilərini tənqid edib.
\”Real saymadığım media, mənim hakimiyyətə gəlişimdən sonra çox passiv şəkildə çalışır. Onlar tərəfindən hazırlanan materiallar \”uydurma\” şəklində təqdim edilir. Mən onlardan həqiqətə riayyət etmələrini tələb edirəm\” – deyə Tramp bildirib.

İnterpress.az