Bakıda həbs edilən erməniyə 8 il iş verildibackend

Bakıda həbs edilən erməniyə 8 il iş verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

İnterpress.az