Soltan bəy Paşabəyoğlunun xatirə lövhəsinin açılışı olacaqbackend

Soltan bəy Paşabəyoğlunun xatirə lövhəsinin açılışı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Layihə çərçivəsində 30 aprel 2017-ci il tarixində Qars şəhərində Azərbaycanın xalq qəhrəmanı, erməni terrorçularına qarşı rəşadətlə mübarizə aparan milli iftixarımız Soltan bəy Paşabəyoğlunun xatirə lövhəsinin açılışı olacaq. Daha sonra Qars Universiteti və Heydər Əliyev adına liseydə konfransların keçirilməsi, İğdırda azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması tələbi ilə mətbuat və ictimaiyyət nümayəndələrinin iştirakı ilə aksiya keçirilməsi, Azərbaycanın Qarsdakı Baş Konsulluğunda, Qars və İğdır valiliklərində, eyni zamanda bölgədəki QHT və mətbuat nümayəndələrinin iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

İnterpress.az