Fəsəli – Sadə və ya Ədviyyatlıbackend

Fəsəli – Sadə və ya Ədviyyatlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir Üçün:

2 stəkan un, həmçinin yoğurmaq, taxta və ya stolu unlamaq üçün əlavə un
1 çay qaşığı duz
1 stəkan su

İçlik Üçün:

1-ci variant – sadə yağlı içlik:
6 xörək qaşığı ərinmiş yağ
2-ci variant – ədviyyatlı yağlı içlik:
6 xörək qaşığı ərinmiş yağ
1/4 çay qaşığı üyüdülmüş zirə
1/4 çay üyüdülmüş keşniş toxumları
1/4 çay qaşığı üyüdülmüş cirə
1/4 çay qaşığı razyana toxumları
1/4 çay qaşığı badyan toxumları
1/4 çay qaşığı həvəngdəstə ilə toz olana kimi üyüdülmüş zəfəran telləri
1/4 çay qaşığı sarıkök

Qızartmaq Üçün:

Təqribən 2 çay qaşığı əridilmiş yağ

Hazırlanması:

Unu böyük bir kasanın icərisinə ələyin və ortasında çuxur düzəldin. Duz və su əlavə edin, əllərinizlə kündə forması alana kimi yoğurun. Əgər xəmir əllərinizə yapışırsa, bir az daha un əlavə edin. Mətbəxt dəsmalı ilə bükün və 10 dəqiqə dincəlməyə qoyun.
Xəmiri 2 bərabər hissəyə ayırın, hər birini kündələyin. Bir kündə ilə işləyərkən, digər kündəni mətbəxt dəsmalı ilə örtün.
Kündənin birini yüngülcə unlanmış yerə qoyun. Üzərinə bir az un səpin. Nazik oxlovdan istifadə edərək xəmiri açmağa başlayın. 40 sm ölçüsündə dairə əldə edənə kimi yayın.
Əgər siz sadə yağ içlik istifadə etməyi planlaşdırırsınızsa, yağı əridin və otaq hərarətinə gələnədək soyudun. Ədviyyatlı yağ içlik üçün kiçik tavada yağı əridin və ədviyyatları əlavə edin. Qarışdırın, otaq hərarətinə gələnədək soyudun.
Kənarlardan 2.5 sm buraxaraq yaymanın üzərində qaşığın köməyi ilə ərinmiş yağı və ya ədviyyatlı yağı yayın. Yayılmış dairələri sıx rulet formasında diyirlədin. Ruletin tərəflərini nə qədər uzana bilirsə astaca dartın (bu, layları daha da nazikləşdirəcək). Sonra, bir əlinizlə ruletin bir ucundan tutaraq onu digər əlinizlə tez bir müddətə (nəm paltarı əlinizlə sıxdığınız kimi) burun (qatqat çörək alınacaq).
İndi isə, bir əlinizlə burulmuş ruletin bir ucundan tutaraq onu digər əlinizlə sıx spiral formasında bükün. Spiralı 10 dəqiqə müddətində dincəlməsi üçün kənara qoyun. Sonra oxlovdan istifadə edərək 25 sm-lik dairə ölçüsündə spiralı yayın. Qalan xəmir kündəsi üçün də eyni prossesi təkrarlayın.
Bir fəsəlinin ölçüsünə bəs edəcək böyüklükdə tavada 1 xörək qaşığı yağı orta istilikdə qızdırın (bunu hər bir fəsəli üçün edin). Hər bir fəsəlini bir üzü üstə qızılı rəng alana kimi bişirin, sonra digər üzünü çevirin, ümumilikdə 7-10 dəqiqə vaxt aparacaq. Digər bir metod isə fətir qızılı rəng alana kimi hər iki üzünü vaxtaşırı çevirərək bişirmək olardı. Dərhal süfrəyə edin. (azcookbook)

Fəsəli – Sadə və ya Ədviyyatlı

İnterpress.az