Peterburqda azərbaycanlı sahibkarın malla dolu furqonunu oğurladılarbackend

Peterburqda azərbaycanlı sahibkarın malla dolu furqonunu oğurladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, azərbaycanlı kömək üçün polis əməkdaşlarına müraciət edib. Onun sözlərinə görə, aprelin 27-də saat 18 radələrində yüklə dolu furqonunu yoxlanılması üçün Qaqarin prospektində-\”Cənub” TD-si administrasiyasının binası yanındakı avtodayanacaqda qoyub. Amma ertəsi gün-aprelin 28-də səhər saat 8 radələrində ora gələrkən görüb ki, furqonu qoyduğu yerdə yoxdur və başa düşüb ki, soyğunçular yüklə (maşında kofe olub) bərabər maşınını da aparıblar.

Asayiş keşikçiləri məlumat bazalarında həmin avtomobili tapmayıblar.

İndi hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların və oğurlanmış nəqliyyat vasitəsinin yerini müəyyənləşdirməyə çalışırlar.

Bununla bərabər aparılmış yükün dəyəri də dəqiqləşdirilir.

İnterpress.az