14 yaşlı yeniyetmə özünü asdı – TƏFƏRRÜATbackend

14 yaşlı yeniyetmə özünü asdı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xızı rayonunda 7-ci sinif şagirdinin intiharın bəzi təfərrüatları məlum olub.

Rayonun Cabir Novruz adına Stalçay kənd məktəbinin direktoru Fəxrəddin Dosməmmədov AzNews.az-a açıqlamasında bildirib ki, Rüfət Bayramov dərsə davamiyyəti qaydasında olan bir şagird olub:

“İntihar məktəblə bağlı deyil. O, çox yaxşı şagird idi, dərslərini də əla oxuyurdu. Heç kəsin ağlına gəlməzdi belə bir şagird özünü asa.\”

Fəxrəddin Dosməmmədov qeyd edib ki, Rüfət Bayramovun ailə problemləri olub: “Anası ilə atası ayrılmışdı. Onlar nənəsi ilə yaşayırdılar. Qardaşı ilə həyətdə oynayıb. Qəfildən dönüb tövləyə gedib və özünü asıb.”

Xızı rayonunda intihar hadisəsi baş verib. Rayonun Stalçay kənd sakini, 7-ci sinif şagirdi Rüfət Bayramov özünü asaraq intihar edib.

***

Hadisə rayonun Stalçay kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 2003-cü il təvəllüdlü Rüfət Bayramov özünü yaşadığı evin həyətində tövlədən asıb.

Ailə üzvləri onu Sumqayıt Şəhər Xəstəxanasına çatdırsalar da məktəblinin həyatını xilas eləmək mümkün olmayıb.

O aprelin 30-u gecə saatlarında xəstəxanada ölüb.

Xızı Rayon Prokurorluğu faktı təsdiqləyib və hadisə ilə bağlı cinayət işinin açıldığını bildirilib. ( report.az )

İnterpress.az