Bakı-Quba yolunda qəza – “MERCEDES” aşdıbackend

Bakı-Quba yolunda qəza – “MERCEDES” aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı-Quba yolunun 110-cu kilometrliyində, Siyəzən rayonu ərazisində “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək aşması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılan vəziyyətdə qalan sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 12:55-də başa çatıb.

İnterpress.az