Parisdə polislərə “Molotov kokteyl”i atdılarbackend

Parisdə polislərə “Molotov kokteyl”i atdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə keçirilən 1 May nümayişi zamanı 6 polis əməkdaşı xəsarət alıb.
İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, bu barədə Fransa Daxili işlər nazirliyinin açıqlamasında bildirilir.
Ağır yaralanan iki asayiş keşikçisi xəstəxanaya yerləşdirilib. Nümayiş zamanı qeyri-qanuni odlu silah gəzdirən və polisə tabe olmayan 5 nəfər saxlanılıb.
Qeyd edək ki, Parisdə ənənəvi 1 May Beynəlxalq Əmək Gününə həsr edilən nümayiş bir neçə həmkarlar ittifaqı tərəfindən təşkil edilib.

İnterpress.az