Angela Merkel və Putin görüşdübackend

Angela Merkel və Putin görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Soçi şəhərində baş tutan görüşdə tərəflərin Ukrayna və Suriya problemlərinə dair müzakirələr aparacağı gözlənilir.

“Görüşdən istifadə edərək ikitərəfli əlaqələrimiz, problemli bölgələr barəsində danışacağıq. Mən Ukrayna və Suriyanı nəzərdə tuturam. Eyni zamanda, digər regionlar barəsində də fikirlərimizi ifadə edə bilərik” – deyə Rusiya lideri qeyd edib.

Putin Almaniyanın nümayəndə heyətini Soçidəki iqamətgahında qəbul edib: “Çox sağ olun ki, ölkəmizə gəlməyi və “Böyük 20-lik” ölkələrinin sammitinə hazırlıq barəsində bizə məlumat verməyi mümkün hesab etdiniz”

Merkel də öz növbəsində qarşı tərəflə daha aktual məsələlərin, xüsusilə, Ukrayna, Suriya və Liviya məsələlərinin müzakirəyə ehtiyacı olduğunu deyib.

İnterpress.az