Dünya məşhurları Bakıya gəlirbackend

Dünya məşhurları Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, musiqi dünyasının ən məşhur ulduzlarından Nikol Şerzinger və “The Black Eyed Peas” qrupu 2017 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü Bakıda yarışı izləməyə gələnlərə canlı konsert verəcək. İyunun 24-ü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnəyə əvvəlcə Nikol Şerzinger, onun ardınca isə “The Black Eyed Peas” qrupunun üzvləri çıxacaqlar. Ulduzlar yarışı izləməyə gələn Formula 1 azarkeşləri üçün gözəl musiqi nümunələri səsləndirərək Bakıya toplaşmış avtoidman həvəskarlarına əyləncə ilə dolu unuzulmaz gecə yaşadacaqlar.

Bakıda şənbə gecəsi Nikol Şerzingerdən sonra səhnəyə mahnıları ən çox satılan, dünyaca ən məşhur və ən yenilikçi qruplardan biri olan “The Black Eyed Peas” qrupu çıxacaq və canlı konsert proqramı ilə musiqili gecəyə yekun vuracaq.

Bu il Bakıda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun tarixlərinə təsadüf edir. Dənizkənarı bulvarda yerləşən əyləncə zonasına çıxış imkanı verən biletləri əldə edən hər kəs yarış həftəsonu günlərinin hər axşamı burada baş tutacaq konsert proqramlarında iştirak edə biləcəklər. Bununla yanaşı, dördgünlük bileti olanlar cümə axşamı günü – iyunun 22-də Pit Yolu Gəzintisinə qatılmaq imkanına sahib olacaqlar. Bundan başqa yarışı izləməyə gələn tamaşaçılar Formula 1 pilotlarının iştirakı ilə keçirilən avtoqraf sessiyalarına qatılmaqla yanaşı Formula 1 şəhərciyi və əyləncə mərkəzində olan bütün atraksiyon imkanlarından da yararlana biləcəklər.

İnterpress.az