Elmar Məmmədyarov UNESCO-nun İcraiyyə Şurasına üzv dövlətlərin səfirləri ilə görüşübbackend

Elmar Məmmədyarov UNESCO-nun İcraiyyə Şurasına üzv dövlətlərin səfirləri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, XİN-dən APA-ya bildirilib ki, görüşdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə Azərbaycandan UNESCO-nun baş direktoru vəzifəsinə namizəd olan Polad Bülbüloğlu da iştirak edib. Elmar Məmmədyarov Azərbaycan və UNESCO arasında sıx əməkdaşlığın qurulduğunu, YUNESKO-nun ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verdiyini qeyd edib. O, Azərbaycanın UNESCO-nun dəyərlərinə və təməl prinsiplərinə sadiq ölkə kimi, bu qurumun məqsəd və məramlarının beynəlxalq səviyyədə təşviq olunmasına daim öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Nazir bəstəkar, müğənni, aktyor və elmi fəaliyyəti ilə seçilən, zəngin idarəçilik və diplomatik təcrübəyə malik şəxs kimi Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə seçildiyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirib.

Görüşdə Polad Bülbüloğlu həyatı boyu mədəniyyətə bağlı insan olaraq UNESCO-nun baş direktoru vəzifəsinə namizəd kimi baxışları ilə bölüşərək əsas məqsədinin UNESCO-nun fəaliyyətinə siyasi təsirlərinin azaldılması, təşkilatın səmərəliliyinin artırılması, insan ölçülərinə diqqətin gücləndirilməsi olacağını vurğulayıb.

Əbülfəz Qarayev Polad Bülbüloğlunun şəxsi və peşəkar xüsusiyyətləri, mədəniyyət və incəsənət xadimi kimi nailiyyətləri, milli və beynəlxalq səviyyədə mədəniyyətin inkişafına verdiyi töhfələri haqqında danışıb. O, yaradıcı insan olan Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə seçiləcəyi təqdirdə, təşkilatın işinə öz əsaslı töhfəsini verəcəyinə əminliyini bildirib.

Görüş qeyri-rəsmi şəraitdə dialoq və müzakirə formasında davam edib.

İnterpress.az