“Rusiyada Qarabağla bağlı müsbət dəyişikliklər var”backend

“Rusiyada Qarabağla bağlı müsbət dəyişikliklər var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması ən vacib məqamdır: \”Bu məsələdə ən vacibi odur ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması – çox ciddi məsələdir. Əgər tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qaytarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq. Amma Qarabağın özü və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və daha çox vaxt tələb edə bilər\”.

İnterpress.az xəbər verir ki, Aleksandr Duqinin fikirlərinə münasibət bildirən deputat Fazil Mustafa BakıPost.az-a deyib ki, Rusiya ictimai rəyinə təsir göstərə bilən şəxs tərəfindən belə fikirlərin səsləndirilməsi hər halda düşüncələrində müsbət dəyişikliklər olduğunu göstərir: \”Ötən gün onun əvvəllər səsləndirdiyi \”Qarabağın qaytarılması istisnadır\” kimi bir mövqeyə Azərbaycanın maraqlarından çıxış edərək sərt münasibət bildirmişdik. Ancaq mətbuatdan izlədiyim qədər Bakıdakı açıqlamaları mənə kifayət qədər pozitiv gəlməkdədir. Xüsusilə də 5 rayonun dərhal qaytarılması, digər iki rayonun və Dağlıq Qarabağın da ən azı gələcəkdə qaytarılmasının mümkünlüyü, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bütün hallarda tanımasının vacibliyi kimi fikirləri səsələndirməsi məndə bu qənaət yaratdı ki, artıq Rusiya vətəndaşları arasında düşüncələrində müsbət dəyişikliklər var.

Rusiyada Azərbaycanla bağlı pozitiv düşünən insanların çox olması ümumi işimizin xeyrinədir. Çünki Qarabağın taleyində istəsək də, istəməsək də aparıcı sözə bu dövlət sahibdir”.

Buna baxmayaraq, Fazil Mustafa qeyd edib ki, bir çox hallarda ABŞ-ın, Fransanın təklifləri bizim üçün daha təhlükəlidir: \”Gör vəziyyət hara gəlib çıxıb ki, Fransa prezidentliyinə namizədlər açıq mətnlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini vəd olaraq səsləndirirlər. Orada sırf erməni diasporunun mövqeyindən Azərbaycana qarşı siyasət formalaşdırılır. Rusiyanın siyasəti isə özünün böyük dövlət və imperiya maraqlarından formalaşır. Bu səbəbdən də Rusiyada Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün bütün vasitələrdən istifadə etməmiz lazımdır. Söhbət arzuladığımız nəticəni əldə etməkdən getmir, mövcud reallıqları müsbət istiqamətdə dəyişməkdən gedir”.

İnterpress.az