Azəri-Türk Qadınlar Birliyinin 21 yaşı oldubackend

Azəri-Türk Qadınlar Birliyinin 21 yaşı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış ictimai xadim Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi təşkilatın dünyanın bir çox ölkəsində nümayəndəlikləri var. Hər il Türkiyədə ənənə halında qeyd olunan Xocalı həftəsinin memarlarından biri məhz Tənzilə Rüstəmxanlıdır.

Azərbaycanda Nuru Paşa ilə bağlı ilk konfransın, 3 may Türkçülük günü ilə bağlı böyük Şölənin, Kərkük, Təbriz gecələrinin və Türk Dünyasının təbliği ilə bağlı digər mühüm tədbirlərin keçirilməsi məhz Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi Azəri-Türk Qadınlar Birliyinin adı ilə bağlıdır.

Yaradıldığı zaman qarşısına qoyduğu,

– müstəqil Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsi işində qadınlarımızın daha fəal iştirakına nail olmaq;

– türkçülük ideyalarının yayılması;

– özünüdərk və milli kimliyimizin təbliği ilə bağlı hədəflərinə sadiq qalan ATQB xaricdə yaşayan soydaşlarımızla əlaqələri, xüsusən, informasiya mübadiləsini genişləndirməyə nail olmuşdur.

ATQB sədri Tənzilə Rüstəmxanlının təşkil etdiyi yüzlərlə konfrans, səfər və görüşlər Türk Dünyası ilə əlaqələrin qurulmasında və Azərbaycana qardaş dəstəyinin verilməsində mühim rol oynayıb.

Təşkilat bu gün də Türk Dünyası ilə bağlı fəaliyyətlərini uğurla davam etdirir.

İnterpress.az