24 yaşlı qızı vurub öldürən “Porsche” sahibinin dəbdəbəli həyatı – TƏFƏRRÜATbackend

24 yaşlı qızı vurub öldürən “Porsche” sahibinin dəbdəbəli həyatı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən saat 16 radələrində Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə törətdiyi üzə çıxıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.

Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

Qeyd edək ki, X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.

***

Paytaxt sakini Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları onu tuta bilib.

Faktla bağlı araşdırma aparılır.

Apardığımız araşdırmalar zamanı məlum olub ki, 99-BS-999 nömrəli avtomobil sosial mediada kifayət qədər məşhurdur. \”Instagram\”da \”alik_999\” niki ilə qeydiyyatdan keçən maşının sahibinin kimin övaladı olması bilinməsə də, kifayət qədər dəbdəbəli həyatı ilə diqqət çəkir. Ağaəli Fərəcov bahalı avtomobilinin və dəbdəbəli həyatının fotolarını öz hesabından mütəmadi olaraq paylaşaraq həyat tərzini nümayiş etdirməkdən çəkinmir. ( qaynarinfo.az )

24 yaşlı qızı vurub öldürən “Porsche” sahibinin dəbdəbəli həyatı - TƏFƏRRÜAT

24 yaşlı qızı vurub öldürən “Porsche” sahibinin dəbdəbəli həyatı - TƏFƏRRÜAT

24 yaşlı qızı vurub öldürən “Porsche” sahibinin dəbdəbəli həyatı - TƏFƏRRÜAT

24 yaşlı qızı vurub öldürən “Porsche” sahibinin dəbdəbəli həyatı - TƏFƏRRÜAT

24 yaşlı qızı vurub öldürən “Porsche” sahibinin dəbdəbəli həyatı - TƏFƏRRÜAT

İnterpress.az