Biznesmen arvadının həbs edilməsini istəyirbackend

Biznesmen arvadının həbs edilməsini istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, xanımından şikayətçi olan biznesmen Barat Abdullayevdir. Onun şikayəti əsasında saxta sənəd düzəltməkdə, dələduzluqda təqsirləndirilən arvadı barəsində cinayət işi açılıb. Daha sonra Barat Abdullayevin həyatyoldaşı Təyminə Abdullayeva daha bir cinayətdə- polisə müqavimət göstərməkdə təqsirləndirilib.

T.Abdullayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.

Abdullayevanın anket məlumatları dəqiqləşdirildikdən sonra prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Janna Bağırova və Vasif İsrafilov vəsatətlə çıxış ediblər.

Vəkillər Təyminə Abdullayevaya verilmiş ittihamda kobud qanun pozuntuları olduğunu və istintaqın ətraflı araşdırılması üçün cinayət işinin baxılmasına xitam verilməsi, yenidən iş aparan orqana geri qaytarılması istəyiblər.

Vəkil Janna Bağırova T.Abdullayevanın ərinin evini ələ keçirnəsi barədə verilən ittihamla bağlı bildirib ki, müdafiə etdiyi şəxs xüsusi mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Qanunvericilikdə də göstərilib ki, mülkiyyətində olan əmlakın satılması hər hansı bir qadağa müəyyən edilməyib.

\”Bağışlanmış və ya vərəsəlik qaydasında keçmiş əmlak birgə mülkiyyət hesab edilə bilməz. Çünki qeyd edilən əmlak əri tərəfindən Təyminə Abdullayevaya bağışlanıb. Bununla bağlı Dövlət Reyestr Xidmətinə sorğu verilə bilər. Yəni, bu baxımdan həmin əmlak birgə mülkiyyət hesab edilə bilməz\”- deyə vəkil çıxışında bildirib.

Vəkil çıxışında arvadından şikayətçi olan Barat Abdullayevin başqa qadınla münasibətinin olduğunu dryib və sübut kimi məhkəməyə fotolar təqdim edib.

Hakim isə buldirib ki, Barat Abdullayevin şəxsi həyatının bu işlə əlaqəsi yoxdur.

Vəkil Vasif İsrafilov isə bildirib ki, müdafiə etdiyi şəxsə qarşı verilən ittihamların əsassızdır və sifariş əsasında açılmış cinayət işidir.

\”Bu Təyminə Abdullayevanın həyat yoldaşı Barat Abdullayev tərəfindən dəyəri milyonlarla ölçülən birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinin qarşısının alınmasına yönəlib. Cinayət işi açıldıqdan sonra Təyminə Abdullayevaya dəfələrlə əmlaklardan imtina edilməsi üçün Barat Abdullayev tərəfindən müraciət olunub, əks təqdirdə onun cinayət məsuliyyətinə cəlb olunacağı bildirilib. Buna misal olaraq bildirirəm ki, ittiham aktına əsasən Təymin Abdullayeva guya Barat Abdullayevə 890 min manat ziyan vurub. Əslində hal-hazırda cinayət işi üzrə maddi zərər yoxdur, eyni zamanda əgər evin dəyəri 890 min manatdırsa, ziyan 445 min manat olmalı idi, eyni zamanda mübahisəli mənzilin alqı-satqı müqaviləsi Səbail rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilib. Eyni zamanda mənzilə Barat Abdullayev ilə Təyminə Abdullayevanın bərabər paylı mülkiyyət hüququ tanınıb\”.

\”Barat Abdullayev birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinin qarşısını almaq üçün süni borc yaratmaqla həmin əmlakların bir hissəsini bölgüdən çıxara bilib.

Əvvəlcə yaxın dostu olan Qasımov Həsənağa Hüseynağa oğlu ilə plan quraraq guya ona 750 min dollar, digər dostu İmanov Rövşən Şəmsəddin oğluna isə 450 min dollar borclu olması ilə bağlı plan qurub.

Guya borcları qaytara bilmədiyi üçün dostları onu məhkəməyə verib və məhkəmənin qətnaməsi ilə borclar ödənilib.

Barat borcu etiraf etdiyinə görə 425000 ABŞ dollarının Baratdan tutularaq Rövşənə verilməsi qət edilib. Bundan sonra Barat Abdullayev birgə nikah dövründə əldə edilmiş əmlakları satmaq istəyib\”.

Zərərçəkmiş şəxsin nümayəndəsi Ceyhun Yusifov da məhkəmədə vəsatət verərək Təyminə Abdullayeva barəsində olan heç yerə getməmək bağlı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib. Vəkil təqsirləndirilən şəxsin istintaqdan yayına biləcəyini deyib.

Məhkəmə vəsatətləri müzakirə etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra vəsstətlərin heç birinin təmin edilmədiyi açıqlanıb.

Məhkəmənin baxış iclası mayın 10-a təyin edilib.

Qeyd edək ki, Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.

Bu ittihamlarla bağlı Təyminə Abdullayeva isə bildirib ki, Əhmədli metrosunun yaxınlığında yerləşən “Vesta” Gözəllik Salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonun sahibi kimi təqdim edərək oranı T.Abdullayevaya 100 min dollara sata biləcəyini deyib.

O, S.İsmayılovanın təklifi əsasında evini girov qoyaraq “Faktor Lizing” MMC-dən kredit götürüb həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınması və pulun yarısının Səkinənin ödəməsi qeyd olunduğunu bilib, digər sənədləri imzalamaqdan imtina edib. MMC bir neçə ay sonra T.Abdullayevaya pul ödəmədən evi S.İsmayılovaya satıb.

Qeyd edək ki, Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda oteli, ticarət obyektləri olduğu bildirilir.

Əlavə edək ki, Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

İnterpress.az