Həbsdə olan şəxsi azad etmək üçün anasından 12 min aldı – 8 illik cəzabackend

Həbsdə olan şəxsi azad etmək üçün anasından 12 min aldı – 8 illik cəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə S.Rüstəmova hökm oxunub. O, məhkəməmin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

S.Rüstəmov 2015-ci ildə Bakı şəhər sakini Sədaqət Aslanovaya qarşı dələduzluq edib. O, S.Aslanovanın etibarından sui-istifadə edərək, onun həbsdə olan oğlu Elvin Aslanovun azadlığa buraxılmasını vəd edib. S.Rüstəmov dostu vasitəsi ilə E.Aslanovu guya həbsdən azad edəcəyini bildirərək, anasından 12 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, S.Rüstəmov S.Aslanovanın evinin tikinti sənədlərini rəsmiləşdirəcəyini və order alcağını da vəd edərək onun 3 min dollarını alıb. Daha sonra o, S.Aslanovaya verdiyi vədlərə əməl etməyib.

Qeyd edək ki, S.Rüstəmovun həbsdən azad etdirəcəyini dediyi Elvin Aslanov 2016-cı ildə mağazadan oğurluq etdiyinə görə həbs edilib. Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay cəza verilib. S.Rüstəmov Elvin Alsanovun anasından aldığı pulu Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxan hakimin köməkçisinə verdiyini deyib. Amma Elvin barəsində həbs qərarı çıxarılan zaman Sədaqət Aslanova pulunu geri istəyib.

Cinayət işi materiallarında aydın olur ki, S.Rüstəmov 2016-cı ildə də dələduzluq edib. Və məhkəmənin qərarı ilə cərimə cəzası alıb. S.Aslanovanın şikayəti əsasında saxlanılan S.Rüstəmov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi başlanılıb. (musavat)

İnterpress.az