Elmar Məmmədyarov amerikalı ravvini qəbul edibbackend

Elmar Məmmədyarov amerikalı ravvini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az XİN-in saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan-ABŞ və Azərbaycan-İsrail münasibətlərinın hazırkı vəziyyəti, habelə ABŞ-dakı yəhudi icması ilə ölkəmiz arasında qurulmuş uğurlu əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. M. Şnayer Azərbaycanda tarixən mövcud olan dini dözümlülüyü yüksək qiymətləndirib və yəhudilərin burada özlərini rahat və təhlükəsiz hiss etdiyini diqqətə çatdırıb. O, mədəniyyətlərarası və dinlərarası dialoqın təşviqində Azərbaycanın rolunu xüsusi vurğulayıb.

Görüşdə ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək üçün icmalararası əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd edilib.

İnterpress.az