“Övladımın anasına bıçaq çıxartmaram” – Arvadını yaraladığı deyilən məmurbackend

“Övladımın anasına bıçaq çıxartmaram” – Arvadını yaraladığı deyilən məmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Bayram Mikayılov BakiPost.az-a açıqlamasında bildirib ki, onun həbs olunması haqda yayılan xəbərlər yalandır: \”Bunlar mənim barəmdə şər-böhtan xarakterli məlumatlardır. Gülüncdür. Biz keçmiş xanımımla rəsmi olaraq boşanmışıq. Rəsmi olaraq 2016-ci ilin noyabr ayında Xətai Rayon Məhkəməsində boşanmışıq. Məhkəmədə əsassız iddialar qaldırdılar. Amma hazırda məhkəmə həmin iddiaları rədd edib. Hazırda Apellyasiya Məhkəməsində iş gedir. Məndən heyf çıxmaq üçün bunu edirlər. Məni hər yolla şərləmək istəyirlər. İşgüzar nüfuzuma xələl gətirmək üçün bu cür yollara əl atırlar. Yazıblar ki, həbs edilmişəm. Amma yalandır. Hazırda sizinlə də danışan Bayram Mikayılovdur. Sacədə onların məqsədi məni nüfuzdan salmaqdır”.

O, həyat yoldaşının bıçaqlanması məsələsinə də aydınlıq gətirib: \”Mən cinayətkar deyiləm ki, bıçaq çıxarım. Həm də o, mənim övladımın anasıdır. Hər halda mən də azərbaycanlı qanı axırsa, heç vaxt övladımın anasına bıçaq çıxartmaram”.

Bayram Mikayılov qeyd edib ki, bunların başında keçmiş həyat yoldaşı Gülnarə Cəbrayılovanın əmisi, Laçın rayonun sabiq icra başçısı Ramiz Cəbrayılov durur: \”Gülnarə Cəbrayılova bıcaqlanmayıb. Xəstəxanada belə deyil”.

İnterpress.az