Masallıda 74 yaşlı qadının qətlində şübhəli şəxs saxlanılıbbackend

Masallıda 74 yaşlı qadının qətlində şübhəli şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ərkivan kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Gülgəz İsrafilovanın qonşusu Coşqun Qurbanov tərəfindən öldürüldüyü ehtimal olunur:

“Gülgəzin oğlanları Rusiyada yaşayır. Çoşqun Qurbanov düşünüb ki, Gülgəzin oğlanları ona pul göndərir. Yəni, evdə pul var. Qarət məqsədi ilə evə girib. Amma Gülgəz onu gördüyündən o, hadisəni ört-basdır etmək məqsədi ilə onu öldürüb.”

Masallıda Ərkivan qəsəbə sakini 74 yaşlı Gülgəz İsrafilova 3 bıçaq zərbəsi ilə qətlə yetirilib.

İnterpress.az