Ucarda yaşayış evi yanıbbackend

Ucarda yaşayış evi yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Lək kəndində, 1969-cu il təvəllüdlü Semen Məlikbağır qızı Hüseynovaya məxsus 1 mərtəbəli, 6 otaqdan və artırmadan ibarət yaşayış evində baş verib. Ev sahibi evdə olmadığından Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinə qonşular məlumat verib.

Yanğın zamanı S. Hüseynovanın şəxsi əşyaları və xaricdə yaşayan 2 qızının cehizi də evlə birlikdə tamamı ilə yanıb. Hadisə yerinə 2 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqda ki tikililər yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır. (apa)

İnterpress.az