Narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alındıbackend

Narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısı alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az DGK-ya istinadən xəbər verir ki, gömrükçülər İrandan Azərbaycana gələn ölkə vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirib. Yoxlama zamanı ümumi sayı 50 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 10 qram olan \”Tramadol\” adlı dərman preparatı və 240 ədəd həb şəklində, təsiredici maddəsinin miqdarı 9,6 qram olan \”Metadone\” adlı narkotik vasitə aşkar edilib.

Xatırladaq ki, tramadol \”Güclü təsir edən maddələrin Siyahısı\”na, metadon isə \”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr\”in II Siyahısına daxildir.

Bundan başqa, DGK-nın Biləsuvar Gömrük İdarəsinin \”Qoşa Təpə\” gömrük postunda İrandan Azərbaycana piyada gələn qonşu ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı, həmin vətəndaşın üzərində, pencəyinin cibində olan sellofan paketdə 16 ədəd metadon adlı həb, corabının içərisində isə 1 ədəd bükümdə, xalis çəkisi 9,715 qram olan narkotik vasitə – tiryək aşkar olunub.

Xatırladaq ki, metadon \”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr\”in II Siyahısına daxildir və aşkar edilən 16 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir.
Hər iki faktla bağlı araşdırma aparılır.

İnterpress.az