Bakıda yük maşınının iştirakı ilə ağır qəza — Ölən varbackend

Bakıda yük maşınının iştirakı ilə ağır qəza — Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda “VAZ” markalı minik avtomobil “Shacman” markalı yük maşını ilə toqquşub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Fərid Cavanşir oğlu Seyidovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

İnterpress.az