Şirkətə məxsus avtomobildən tapança və 83 min manat pul aşkarlanıbbackend

Şirkətə məxsus avtomobildən tapança və 83 min manat pul aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Tural Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Maşına baxış zamanı oradan 83 400 manat pul və “Voltran-Major” markalı pnevmatik tapanca tapılıb.

İlkin araşdırmalar zamanı avtomobilin, nəqliyyat vasitələrinin kirayəsi ilə məşğul olan “Karvan Group” MMC-yə məxsus olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (report)

İnterpress.az