Qarabağda qanunsuz işləyən Britaniya şirkətinin Bakı nümayəndəsi nazirliyə çağırıldıbackend

Qarabağda qanunsuz işləyən Britaniya şirkətinin Bakı nümayəndəsi nazirliyə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin yaydığı məlumatda deyilir ki, araşdırmalar zamanı \”Grand Thronton Ermənistan\” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın \”Hayastan\” fondunun həyata keçirdiyi layihələrinin əsas hissəsinin 2015-ci il üzrə auditini aparması barədə məlumatlar əldə edilib.

Bununla əlaqədar, \”Grand Thronton İnternational Ltd\” şirkətinin Azərbaycan üzrə nümayəndəsi nazirliyə dəvət edilərək \”Grand Thronton Ermənistan\” və \”Grand Thronton Fransa\” şirkətlərinin Ermənistanın \”Hayastan\” Fondu ilə əlaqələri, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətin qadağan olunması, bu cür fəaliyyətin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə zidd olması, \”Hayastan\” Fondunun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə məlumatlar təqdim edilib. Habelə məsələnin araşdırılması və nəticələri barədə İqtisadiyyat Nazirliyinə məlumat verilməsi nümayəndəyə çatdırılıb.

Şirkətin mərkəzi ofisindən \”Grand Thronton Ermənistan\”a ünvanlanmış məktubla Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğu və bununla bağlı Azərbaycan tərəfinin sərt reaksiyası Ermənistan şirkətinə çatdırılıb, bütün üzv şirkətlərin məcburi xarakter daşıyan tələblərə əməl etməli olduqlarına, əks halda şəbəkədən çıxarılacaqlarına dair xəbərdarlıq edilib. (musavat)

İnterpress.az