“Azneft”in özülündə qaz sızması olub, nasazlıq qısa müddətdə aradan qaldırılıbbackend

“Azneft”in özülündə qaz sızması olub, nasazlıq qısa müddətdə aradan qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı\” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.

QHT rəhbərinin sözlərinə görə, işçilərin çoxu evakuasiya olunub.

Ekspert əlavə edib ki, \”SOCAR-AQŞ\” şirkətinin qazma briqadası və \”28 May\” NQÇİ-nin bəzi işçiləri tərəfindən baş verə biləcək fəsadların qarşısını almaq üçün tədbirlər görülür.

\”APA-Economics\”ə SOCAR-dakı mənbə isə bildirib ki, sözügedən özüldə quyuda qaz sızması baş verib. Mənbə əlavə edib ki, qısa müddət ərazində sızmanın qarşısı alınıb.

SOCAR-dan \”APA-Economics\”ə bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir: \”Açıq fontandan söhbət gedə bilməz. Bu, normal istehsalat təzahürüdür\”.

Dövlət şirkətinin rəsmisi onu da qeyd edib ki, işçilərin həyatı üçün heç bir təhlükə yoxdur.

İnterpress.az