Özünü jurnalist kimi təqdim edərək şantajla məşğul olan şəxs tutulubbackend

Özünü jurnalist kimi təqdim edərək şantajla məşğul olan şəxs tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Ağdam rayon sakini Rafael Qasımov rayon Polis Şöbəsinə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin onu şantaj etdiyini, barəsində rüsvayedici məlumatları yaymaqla hədələyərək pul tələb etdiyini bildirib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, “Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.

İnterpress.az