Ölən qızlarının cəsədini 11 gün evdə gizlədib saxladılar və … – FOTObackend

Ölən qızlarının cəsədini 11 gün evdə gizlədib saxladılar və … – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, qızlarının cəsədini meyitxanaya vermək istəməyən ailə tam 11 gün onu evdə saxladı.
Məlumata görə, İngiltərədə yaşyan James və İlse Fieldsend, qızları 7 yaşındakı Georgia ilə Misir tətilinə çıxdı. Tətildə hər şey yolunda gedərkən Georgia birdən xəstələndi, valideynlər qızlarını dərhal xəstəxanaya apardı.
Həkimlər kiçik qızda beyin anevrizması diaqnozu təyin etdilər.
Ailə, qızlarını Misirdəki xəstəxanadan götürüb İngiltərədə Londonun məşhur xəstəxanalardan birinə apardı, ancaq kiçik qızı xilas etmək mümkün olmadı.
Fieldsend cütlüyü kiçik qızlarının orqanlarını bağışladı, altı nəfər bu orqan hədiyyəsindən faydalandı.
Orqan hədiyyəsindən sonra qızlarının cəsədini evə gətirən cütlük, ölü qızlarınn ən gözəl paltarlarını və ayaqqabılarını geyindirib, otağına yatırtdılar.
Qızları sanki ölməmiş kimi hər gün otağına gedib yatması üçün etdikləri kimi ona nağıllar oxudular.
Hadisənin üstü açıldıqdan sonra, qızın anası Anna yaşadıqlarını belə izah etdi, \”Üzünü ağartdım, saçlarını yudum, əllərinə losyonla masaj etdim. Cənazədən bir gün əvvəl onu öz yatağımıza apardıq, cənazə günü mən və həyat yoldaşım soyunduq. Onun bədənini son dəfə hiss etmək istəyirdik. Sonra tabuta birlikdə yerləşdirdik. Cənazəni yandırmaq üçün krematoryuma aparılarkən onu son dəfə öpdük. Bizim vida belə oldu, o meyitxanaya deyil bizə aid idi.\”

Ölən qızlarının cəsədini 11 gün evdə gizlədib saxladılar və ... - FOTO

İnterpress.az