Stressə qarşı – Lavanda yağıbackend

Stressə qarşı – Lavanda yağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunlardan birinin nəticəsinə görə, gündə 80 mg lavanda yağı istifadə edən insanlarda depressiya nisbətində 32.7%-ə qədər azalma olub.
Yuxusuzluğa qarşı əla vasitədir: Yuxusuzluğa qarşı təsiri ilə yanaşı, yuxu keyfiyyətini də artırır. Aparılan bir araşdırmaya görə, bu yağ yuxuya getmək müddətini və yuxusuzluq əlamətlərini azaltmışdır.
Deyerler.org bildirir ki, yuxusuzluğa qarşı təsirləri üçün, yatmadan əvvəl boynunuza, sinənizə yaxud biləklərinizə lavanda yağı sürtə bilərsiniz. Bu sayədə bədəninizdə rahatlanma olur və rahat bir şəkildə yuxuya gedə bilərsiniz.
Baş ağrılarını yüngülləşdirir: Miqren kimi şiddətli baş ağrılarına qarşı yaxşı təsir edir. Nevrologiya European jurnalında nəşr olunan bir araşdırmaya görə, 15 dəqiqə ərzində lavanda yağı ilə nəfəs alındıqda, miqren və baş ağrılarında əhəmiyyətli azalmalar müşahidə edilir.
Soyuqdəyməyə qarşı faydalıdır: Boğaz infeksiyaları, öskürək, qrip, astma, bronxit və badamcıq iltihabı kimi, müxtəlif tənəffüs yolu narahatlıqları üçün istifadə edilə bilər.
Ürək bulanmasını azaldır: Ürəyiniz bulanırsa, yada ürək bulanmasını hiss edirsinizsə, bu yağdan istifadə edə bilərsiniz. Bunun üçün paltarlarınıza bir neçə damcı lavanda yağı damızdıra, ya da biləklərinizə bu yağdan sürtə bilərsiniz.

Stressə qarşı - Lavanda yağı

Stressə qarşı - Lavanda yağı

Stressə qarşı - Lavanda yağı

İnterpress.az