Yevlaxda dəhşətli qəza: 6 nəfər ölübbackend

Yevlaxda dəhşətli qəza: 6 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.

İnterpress.az-ın Report-a istinadən məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub.

Ölənlərdən üçü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, “Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.

Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub.

Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

İnterpress.az