İlhamə Quliyevanın oğulluğunun adı dələduzluq ittihamındabackend

İlhamə Quliyevanın oğulluğunun adı dələduzluq ittihamında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun barəsində yenidən dələduzluq ittihamı ortaya çıxıb. Bu dəfə ittiham yenicə azadlığa çıxan dostu Vüqar Bəkirov tərəfindən gəlib. Lent.az saytına müsahibə verən V. Bəkirov qeyd edib ki, Orxan Nadirov ona 75 min manat pul borclu olduğunu deyib. O, qeyd edib ki, Orxan ona həmin borcu qaytarmadığı təqdirdə bütün sirlərin üstünü açacaq: “Orxan Nadirov mənimlə iş qurmaq istədi. Mənə bir tədbirdə iştirak etmək üçün rusiyalı müğənni Ani Lorakı gətirmək tapşırıldı. Mən isə buna imkanım olmadığını bildirdim. Sonra isə Orxan məni özünü ”Merac Holding\”in rəhbəri kimi tanıdan Səbuhi Əmrə ilə tanış etdi. Sonra isə məlum oldu ki, həmin şəxs Beyləqandan imiş. Həmin şəxs sonradan həbs olundu.

Orxan və dostu Orxan Xəlilov məndən birinci 24 min, sonra isə 35 min manat pul aldılar. Onlar vəzifəli şəxslər, onların qohumları ilə əlbirdirlər. Özlərini müəyyən məmurların qohumu adlandırıb camaatdan pul yığırlar\”.

V.Bəkirov bildirib ki, hazırda Binəqədi rayon polis şöbəsində iş gedir. Amma buna baxmayaraq əsl cinayətkarlar azadlıqda gəzir: “1 il 2 ay həbsdə qaldım, bu iş araşdırılmır, çünki burda hansısa vəzifəli şəxsin adı hallanır. Özümü yandıracam. Çünki məni yenidən həbsə göndərmək istəyirlər. Bütün faktlar, əlimdəki səsyazmalar, hamısı gizlədilir. Həyatım təhlükədədir”.

Barəsində səslənən ittihamlarla bağlı Orxan Nadirovla dəfələrlə əlaqə saxlamağa çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı. Zamanında həm mərhum xalq artistinin, həm də Orxan Nadirov və Vüqar Bəkirova vəkillik edən Elmira Məmmədova isə qalmaqalla bağlı ilginc açıqlamalar verdi:

“Vüqar da, Orxan da bu günə qədər çox yaxın dost olublar, bunu danmaq olmaz. Amma indi bilmirəm onların münasibətləri necədir. Vüqarı 75 minə görə polisə çağırırlar, borclu olduğu şəxslər öz borclarının geri qaytarılmasını istəyir. Bununla bağlı zamanında Vüqar həbsdə olan istintaq açılmışdı. Lakin bilmirəm, niyə bu məsələ dayandırıldı. Bildiyimə görə həmin məsələdə bir çox güc strukturlarının adları hallanırdı. Eşitdiyimə görə onlar bu məsələni saxladılar.

Artıq nə Orxan mənimlə, nə də mən onunla əlaqə saxlamırıq. Hətta Vüqar həbsdən çıxanda mən ona zəng etdim ki, “Orxan, Vüqar türmədən çıxıb”. Hər halda dost idilər. Bircə onların gecə yatmaqları ayrı olub. Qalan bütün günü həmişə bir yerdə olublar… Daha ondan sonra biz əlaqə saxlamadıq. Amma Vüqarla əlaqə saxlayırıq. Mən istəyərdim ki, mərhum xalq artistinin ruhu xətrinə onlar yenə də dost olsunlar\”.

Xatırladaq ki, Vüqar Bəkirov ötən il dələduzluqda ittiham olunaraq 4 il azadlıqdan məhrum edilmişdi. Lakin bu günlərdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə barəsində bəraət hökmü çıxarılıb və azadlığa buraxılıb. (musavat)

İnterpress.az