Şirkət işçilərinin öldüyü qəza ilə bağlı – Yeni məlumatlarbackend

Şirkət işçilərinin öldüyü qəza ilə bağlı – Yeni məlumatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, Yevlax rayon Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Səfərov Ziyad Surxay oğlunun idarə etdiyi 20 CF 226 dövlət nömrə nişanlı \”VAZ 2107” markalı minik maşınla Tərtərin Cəmilli kənd sakini, 1992-ci il təvəllüdlü Zülqədarlı Zülqədar Üzeyir oğlunun idarə etdiyi 50 CE 046 nömrə nişanlı \”VAZ 21015” markalı avtomobil sürət həddinin aşılması nəticəsində toqquşub. Belə ki, həmin yol xeyli vaxt təmirsiz vəziyyətdə olub və avtomobillər burada saatda 60 kilometr sürətdən artıq hərəkət edə bilmirmiş. Bir müddət əvvəl isə yol tamamilə yenidən qurulub və sürət həddi də artıb. Hadisə vaxtı avtomobillərin ən azı saatda 110-120 kilometr sürətlə hərəkət etdiyi bildirilir.

Qeyd edək ki, \”VAZ 21 015”də vəfat edən 3 nəfər – 25 yaşlı Zülqədər Zülqədərli, 29 yaşlı Pərviz Zeynalov və 24 yaşlı Zahir Allahverdiyecv \”Veysəloğlu” şirkətinin regional satış və paylama şəbəkəsinin işçisi olub.

Faktla bağlı Yevlax Rayon polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İnterpress.az