Sağlamlıq rəqəmlərdəbackend

Sağlamlıq rəqəmlərdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmlər

2000 – bu hər gün atmalı olduğunuz addımlardır ki,
çəki qazanmayasınız. İki min addım 15 dəqiqəlik gəzinti deməkdir. Avtobusdan enməli olduğunuz dayanacaqdan bir dayanacaq öncə düşüb və evə doğru sürətlə yerimək kifayətdir.

100 – Bədəni hər gün 100 kalori daha az təmin etmək lazımdır ki, bir ilə 4-5 kiloqram itirmək olsun. Yüz kalori çox deyil! Bu bir qədər çipsi, bir stəkan koka-kola və ya bir boşqab pudinqlə eynidir. Hər zaman bu çərəzlərə “yox” demək kifayətdir.

Sağlamlıq rəqəmlərdə

60 – Bu hər gün artıq yatmaq gərəkən dəqiqələrdir. Gündə bir saat artıq yatmaq həyati qüvvələri 25 faiz artıracaq. Diqqətiniz artacaq, əhvalınız yüksələcək və stresə daha az meyilli olacaqsınız. Əgər səhər özünüz deyil, zəngli saatla oyanırsızsa, bir saat artıq yatmaq lazımdır. Bu həftə içi günlərdə baş vermirsə – həftəsonları belə edin.

24 – “Oturub-durma” hərəkətlərinin məhz bu sayı sizə düz qarnınızla öyünməyə və artıq çəkidən yayınmağa kömək edəcək. Sadəcə hər gün məşq edin!

15 – Gündə ən azı bu qədər dəfə gülməlisiniz ki,sağlam olasınız. Gülüş bədəninizə oksigenlə təmin edir, qan dövranını yaxşılaşdırır, ürəyi yaxşı vəziyyətdə saxlayır və stress hormonlarını azaldır. Bədən gülüşə fiziki məşqdə olduğu kimi reaksiya verir. Gülüş təxminən 150 müxtəlif əzələni hərəkət etdirir. Gündəlik yüz dəfə gülüş 10 dəqiqəlik aerobikanı əvəz edə bilər.

Sağlamlıq rəqəmlərdə

5 – bu bədənin normal funksiya göstərməsi üçün lazım olan su stəkanlarının minimum sayıdır Sizə, həmçinin gündəlik beş kiçik yemək lazımdır – bu yolla, qanda şəkərin miqdarının düzgün səviyyəsini saxlayacaqsınız və çox yeməkdən yayınacaqsınız.
2 – Hər gün bu sayda kasa tərəvəz və meyvə lazımdır ki, ürək xəstəliklərindən və xərçəngdən yayınasınız. Meyvə və tərəvəzlər düzgün çəkini saxlamağa kömək edir.

1 – Həftəyə yalnız bir ədəd tomat souslu pitsa yemək xərçəng riskini azaldacaq. Tədqiqat göstərir ki, müntəzəm olaraq pitsa yeyən adamların xərçənglə xəstələnmə riski çoxdur.

İnterpress.az