Rafael Ağayev finaldabackend

Rafael Ağayev finalda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1/8 finalda (75 kq) türkiyəli idmançı Erman Eltemurla qarşılaşan karateçimiz rəqibinə aman verməyib – 3:0.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani ilə üz-üzə gəlib.

Gərgin keçən döyüşdə 5 qat dünya çempionu R.Ağayev qələbə qazana bilib – 7:2.

Yarımfinalda malayziyalı karateçi ilə qarşılaşan təmsilçimiz Şarmendran Raqonafanı tam üstünlüklə məğlub edib – 5:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

İnterpress.az