“Mətbuat bunu niyə bu şəkildə təqdim edib, anlamaq olmur”backend

“Mətbuat bunu niyə bu şəkildə təqdim edib, anlamaq olmur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, bəzi media orqanları Çingiz Abdullayevin \”Qarabağı ermənilər almadı, bizimkilər qoyub gəldi\” deyə fikir səsləndirdiyini iddia edib. Ancaq videodan aydın görsənir ki, Çingiz Abdullayev hədəf kimi gəncliyi və cəmiyyəti seçib.

Məsələyə tədqiqatçı alim, politoloq Adıgözəl Məmmədov \”Ölkə.Az\”da münasibət bildirib:

\”Çingiz Abdullayevin kitab evinin açılışındakı çıxışını təhrif edərək xalq yazıçısına qarşı yerində olmayan hücumlar həyata keçirirlər. Çingiz Abdullayevin çıxışına diqqətlə baxdım, məsələni araşdırdım. O, \”azərbaycanlılar Dağlıq Qarabağı özləri qoyub gəliblər, ermənilər almayıb, bizimkilər özləri çıxıblar\” kimi fikir səsləndirməyib. Əslində belə bir söhbət olmayıb. Mətbuat bunu niyə bu şəkildə təqdim edib, anlamaq olmur.

Çingiz Abdullayev bildirib ki, yeni nəsil kitaba daha çox meyillənməlidir. Kasıb Gürcüstanda 87 kitab evi var, ancaq bizdə imkanlı şəxslər əllərinə pul düşən kimi şadlıq evi açırlar. Xalq yazıçısı doğru olaraq deyir ki, televiziya kanallarımız səhərdən axşama qədər çal-çağır göstərir. Kitab mağazaları bağlanılır yerində qadın paltarları mağazaları açılır.

Məni narahat edən odur ki, vur-tut əlimizdə dünyaca tanının 3-4 ziyalılarımız var. Onları da səsləndirmədiyi fikirlərə görə qara yaxmaq doğru deyil. Çingiz Abdullayev imzası Azərbaycandan kənarda tanınan tək-tük yazıçılarımızdandır. Belə bir ziyalını səsləndirmədiyi fikirə görə gözdən salmaq heç bir məntiqə sığmır\”.

Çingiz Abdullayevin həmin çıxışını sizə təqdim edirik:

İnterpress.azhttps://youtube.com/watch?v=wQuLq5r6To4